İki avtomobil toqquşdu - Ərlə arvad öldü 

09:39 25.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Hafta.az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Anargül Mamed qızı isə ağır xəsarət alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.